Deshouliers

1826-ci ildə təsis edilən Deshoulières qabaqcıl Fransız farforundan qabların istehsalı üzrə mütəxəssisdir. Dəb və interyer dizaynının son trendlərindən ilham alan Deshoulières, əsl Fransız süfrə mədəniyyətinin zərif ruhunu təcəssüm edir.
Yüksək keyfiyyətli xammal, ən son texnologiya və peşəkar istehsalat komandası Deshoulières şirkətinə orijinal və əfsanəvi texnoloji üsulları əbədiləşdirərək, geniş çeşiddə məhsullar yaratmağa imkan verir. Məhsul çeşidlərinə bəyaz Limoges farforundan rəngarəng qablara qədər, xüsusi sifarişlə hazırlanmiş eksklyuziv dəstlər və platin və ya qızılla işlənmiş özünəməxsus modellər daxildir.
Deshoulieres, ənənəvi sənətkarlıq və texniki cəhətdən qabaqcıl sənaye proseslərinin mənimsənilməsində üstünlüyə malik olduğu üçün, Fransız dövlətinin tanınma nişanı “Entreprise du Patrimoine Vivant” (Canlı Miras Şirkəti) nişanı ilə mükafatlandırıldı.

Category: Tags: ,