Pistolesi

Piero və Giuseppe Pistolesi 1977-ci ildə fəaliyyətə başladıqları zaman onların əsas məqsədi həm estetik, həm də inşa baxımından ənənələrə əsaslanan mebel istehsalını həyata keçirmək idi. Bir neçə il sonra Piero və Giuseppe öz fikirlərini dəyişdirməmiş, istehsalata qayğıyla yanaşaraq, əsl antik ənənələrə uyğun materiallar və modellər seçmiş, texnika vasitəsilə son işləmələr və dekorasiyalar yaratmışlar ki, onların bəziləri artıq yaddan çıxmış, bəziləri isə hələ də istifadə olunmaqdadır. Bu ehtiras onların oğullarına da ötürülmüşdür. Belə ki, onlar istehsalat prosesində aktiv iştirak edir, vahid komanda yaradır və bütün bu xarakteristikalar üst-üstə gələrək, şirkətin məhsullarını bütün dünyaya eksport etməyə imkan verir. Fratelli Pistolesi tərəfindən istehsal olunan hər bir mebel parçası taxtaya olan illərin sevgisinin və ehtirasının sübutudur.