Victoria + Albert

Victoria + Albert Baths – möhtəşəm dirəksiz vannalar və hovuzlar istehsal edən dünya nüfuzlu britaniya brendidir.
1996-cı ildə həyatın çimmək və vanna qəbul etməklə bağlı hissəsinə olan ehtirası ilə yaradılan şirkət, İngiltərədə baş ofis və Cənubi Afrikada istehsal müəssisələrinə sahibdir. Victoria + Albert beynəlxalq kökləri bu gün lüks, davamlı və uzunömürlü məhsullar yaratmaq üçün yerli istehsalı ilə qlobal dizayn, satış və marketinq layihələrini birləşdirir. Keyfiyyət və üslubun yekun bəyanatı olaraq, məhsul xətti 100% QUARRYCAST® materialından – vulkanik əhəng daşı və akril qətranının qarışığı ilə hazırlanan dirəksiz məhsulların ruhlandırıcı dizaynı ilə zəngindir. Təbii ağ rəngə malik hər bir parça usta tərəfindən əl ilə son işlənməyə məruz qalır.
Cənubi Afrikada istehsal olunan ilk ayaqsız vannadan başlayaraq, Victoria + Albert Baths şirkəti innovativ məhsul istehsalatında və dirəksiz vanna bazarında lider olmağa səy göstərib. Yeni maraqlı modellər, lüks vanna dizaynı baxımından şirkəti dünyanın qabaqcıl markaları arasında yüksəklərdə saxlaya bilmişdir.